Əlaçı ol, biliyinlə zirvələri fəth et!

Son qeydiyyat tarixi: 24 iyul 2023

Proqram barədə

“PAŞA Holding” və “PAŞA Sığorta” “Əlaçı” 2023-2024 təqaüd proqramını tədqim edir. “Əlaçı” proqramı 3-cü və ya 4-cü kurs bakalavr tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır. Belə ki, proqram 2023-2024-cü tədris illərini əhatə edir və qeydiyyatdan uğurla keçən tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutur. Təqaüddən əlavə tələbələri şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri gözləyir.

Müraciət kriteriyaları:

Müraciət zamanı bakalavr 3-cü və ya 4-cü kurs tələbəsi olmaq
Yüksək imtahan nəticələrinə malik olmaq
Dərsdənkənar fəaliyyətlərdə aktiv olmaq (Könüllülük, təcrübəçilik, sosial layihələr və s.)

Tez-tez verilən suallar

Layihəyə 2023-2024-cü illərdə təhsilini davam etdirən 3-cü və 4-cü kurs tələbələri müraciət edə bilər. Bununla yanaşı, növbəti tədris ilində son və ya sondan öncəki kursda təhsil alan bakalavr tələbələri (məsələn, 5 illik) də proqrama müraciət edə bilərlər.

 

Xeyr, indiyə qədər qədər olan ümumi nəticə göstərilməlidir.

Xeyr, yalnız transkriptə əsasən dəyərləndirmə olduğu üçün başqa bir sənəd dəyərləndirilmir.

Xeyr, növbəti tədris ili ərzində son və ya sondan öncəki kursda təhsil alan tələbələr də qeydiyyatdan keçə bilərlər (nümunə olaraq 1 illik əlavə xarici dil təhsili alan bakalavr tələbələri)

Üstünlük verilən ixtisaslar elachi.az saytında qeyd edilib, lakin digər ixtisaslardan da müraciətlər qəbul edilir.

Layihəyə müraciət üçün ÜOMG 85%-in üzərində olmalıdır.

Könüllülük və iş təcrübəsinin olması əsas üstünlük meyarlarından biridir.

Xeyr, ad, soyad, təhsil aldığınız müəssisənin adı daxil ümumi transkript nəzərdən keçirilir.

Xeyr, bu proqram yalnız Azərbaycanda təhsil alan tələbələr üçün uyğundur.

Xeyr, sadəcə bakalavr dərəcəsində təhsil alan və yeni tədris ilində 3-cü və 4-cü kurs olacaq tələbələr müraciət edə bilər.

Transkriptin möhürlü olması məqsədəuyğundur, hazırda mümkün olmadığı təqdirdə möhürsüz formatını yükləyə bilərsiniz.

Transkript və ya CV-ni doldurğunuz foruma yükləməyiniz kifayət edir və əlavə olaraq emaila göndərməyə ehtiyac yoxdur.

Son semestr istisna olmaqla əvvəlki nəticələr mütləq olmalıdır.

Dəyərləndirmə ilkin mərhələdə müraciət edən namizədin akademik göstəricilərində olan uğurlar, sosial aktivliyi, suallara verdiyi cavabların adekvat və uyğunluğu əsasında aparılacaq.