
Əlaçı ol, biliyinlə
zirvələri fəth et!
Proqram barədə

Gənc nəslin peşəkar inkişafına önəm verən və bu istiqamətdə müxtəlif layihələr həyata keçirən PAŞA Holding “Əlaçı” proqramını tədqim edir. “Əlaçı” proqramı 3-cü və ya 4-cü kurs bakalavr tələbələrini əhatə edən bir illik təqaüd proqramıdır. Belə ki, proqram 2022-2023-cü tədris illərini əhatə edir və qeydiyyatdan uğurla keçən tələbələrin aylıq təqaüdlə təltif edilməsini nəzərdə tutur. Təqaüddən əlavə tələbələri şəxsi və karyera inkişafı üzrə təlim proqramları, karyera məsləhətləri və mentorluq, eləcə də şəbəkələşmə fəaliyyətləri gözləyir.
Müraciət kriteriyaları:
01
Müraciət zamanı bakalavr 3-cü və ya 4-cü kurs tələbəsi olmaq
02
Yüksək imtahan nəticələrinə malik olmaq
03
Dərsdənkənar fəaliyyətlərdə aktiv olmaq (Könüllülük, təcrübəçilik, sosial layihələr və s aktiv iştirak)
Üstünlük verilən ixtisaslar:
İqtisadiyyat
Marketinq
Maliyyə
Mühasibatlıq
Menecment
Biznesin idarə edilməsi
Hüquqşünaslıq
Kompüter elmləri
İnformasiya təhlükəsizliyi
İnformasiya texnologiyaları
Beynəlxalq münasibətlər
Davamlı inkişafın idarə edilməsi
Beynəlxalq ticarət və logistika
Sosial iş
Tez-tez verilən suallar
01
Universiteti bitirməyə bir semestrim qalıb bu halda layihəyə müraciət edə bilərəm?
Layihəyə 2022-2023-cü illərdə təhsilini davam etdirən 3-cü və 4-cü kurs tələbələri müraciət edə bilər. Bununla yanaşı, növbəti tədris ilində son və ya sondan öncəki kursda təhsil alan bakalavr tələbələri (məsələn, 5 illik) də proqrama müraciət edə bilərlər.
02
Layihəyə müraciət üçün transkriptdə sadəcə bir ilin nəticəsi göstərilsə kifayət edir?
Xeyr, indiyə qədər qədər olan ümumi nəticə göstərilməlidir.
03
Transkripti əvəz edən başqa bir sənəd yükləyə bilərəm?
Xeyr, yalnız transkriptə əsasən dəyərləndirmə olduğu üçün başqa bir sənəd dəyərləndirilmir.
04
Sadəcə 4 illik təhsil alanlar layihəyə müraciət edə bilər?
Xeyr, növbəti tədris ili ərzində son və ya sondan öncəki kursda təhsil alan tələbələr də qeydiyyatdan keçə bilərlər (nümunə olaraq 1 illik əlavə xarici dil təhsili alan bakalavr tələbələri)
05
Saytda qeyd edilən ixtisaslardan başqa digər ixtisaslarda təhsil alan tələbələr də bu layihəyə uyğun hesab edilir?
Üstünlük verilən ixtisaslar elachi.az saytında qeyd edilib, lakin digər ixtisaslardan da müraciətlər qəbul edilir.
06
Layihəyə müraciət üçün minimum ÜOMG neçə olmalıdır?
Layihəyə müraciət üçün ÜOMG 80%-in üzərində olmalıdır.
07
Könüllülük və iş təcrübəsinin olması mütləqdir?
Könüllülük və iş təcrübəsinin olması əsas üstünlük meyarlarından biridir.
08
Dəyərləndirmə üçün sadəcə ÜOMG-nin görünməsi kifayət edirmi?
Xeyr, ad, soyad, təhsil aldığınız müəssisənin adı daxil ümumi transkript nəzərdən keçirilir.
09
Transkriptdə 2021-2022-ci il semesterlərinin ÜOMG-si qeyd olunmayıbsa bu halda dəyərləndirmə edə bilirikmi?
Ümumi nəticənin əks olunması məqsədəuyğundur.
10
Xaricdə təhsil alıram, layihəyə müraciət edə bilərəm?
Xeyr, bu proqram yalnız Azərbaycanda təhsil alan tələbələr üçün uyğundur.
11
Növbəti il magistr tələbəsi olacam, bu halda müraciət edə bilərəm?
Xeyr, sadəcə bakalavr dərəcəsində təhsil alan və yeni tədris ilində 3-cü və 4-cü kurs olacaq tələbələr müraciət edə bilər.
12
Transkript möhürlü və ya möhürsüz olmalıdır?
Transkriptin möhürlü olması məqsədəuyğundur, hazırda mümkün olmadığı təqdirdə möhürsüz formatını yükləyə bilərsiniz.
13
Transkript və ya CV-ni e-mail ünvanına göndərə bilərəm?
Transkript və ya CV-ni doldurğunuz foruma yükləməyiniz kifayət edir və əlavə olaraq emaila göndərməyə ehtiyac yoxdur.
14
Transkriptdə son semestrin nəticəsi olmasa müraciət edə bilərəm?
Son semestr istisna olmaqla əvvəlki nəticələr mütləq olmalıdır.
15
Anketlərin dəyərləndirilməsi nəyin əsasında aparılacaq?
Dəyərləndirmə ilkin mərhələdə müraciət edən namizədin akademik göstəricilərində olan uğurlar, sosial aktivliyi, suallara verdiyi cavabların adekvat və uyğunluğu əsasında aparılacaq.